Dərsdən Sonra Hər Şey Bir Ünvanda

İbtidai sinif şagirdləri həftənin 5 günü məktəbdən əvvəl 9:00 – dan 12:00 – dək və məktəbdən sonra 13:00 – dan 18:00 – dək yaşına uyğun olaraq siniflərdə ev tapşırıqlarının icrası prosesinə və ya müxtəlif inkişaf fəaliyyətinə cəlb olunur. Mərkəzdə şagird 2 dəfə qidalanır və gündəlik 2 dəfədən çox müxtəlif idrak, mədəni – estetik, nitq, fiziki və sosial-emosional inkişaf etdirici və xarici dil proqramlarına uyğun kurslara qoşulur və müxtəlif əyləncə və istirahət xarakterli tədbirlərdə və ekskursiyalarda\gəzintilərdə iştirak edir.

Mərkəzin məqsədi ibtidai sinif şagirdlərinin məktəbdən əvvəlki və sonrakı vaxtlarını səmərəli təşkil etmək, valideynlərin qayğılarını bölüşmək, məktəbin növbəti gününə daha aktiv, motivasiyalı, hazırlıqlı şagirdlər təmin etmək və şagirdlərin inkişafı istiqamətində fəaliyyətlər təşkil etməkdir.

Biz “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək” prinsipinə inanaraq, “Övladınız Hər Şeyin Ən Yaxşısına Layiqdir” siyasətini fəaliyyətimizdə tətbiq edərək, şagirdlərə özlərini tanımaq və ifadə etmək imkanı yaradırıq.

Tədris sinifləri 2 dildə – rus və azərbaycan dilində təşkil olunur və 6 yaşdan 10 yaşa qədər dövrü əhatə edir. Məşğələlər 10 nəfərlik qruplarda keçirilir. Qruplarda uşaqlarla işi sinif rəhbəri, fənn müəllimləri və dayə həyata keçirir.

Biz həftənin 6 günü 9:00 – dan 19:00 – dək fəaliyyət göstəririk.

Mərkəzdə Gün rejimi

I növbə üçün – 9:00 – Qəbul Vaxtı, 8:30 – Səhər Yeməyi Vaxtı, 9:00 – Ev Tapşırığı Vaxtı, 10:00 – Sərbəst Vaxt və ya Dərnək Vaxtı, 12:00 – Nahar Yeməyi Vaxtı, 12:30 – Çıxış Vaxtı və

II növbə üçün – 13:00 – Qəbul Vaxtı, 13:30 – Nahar Vaxtı, 14:00 – Sərbəst Vaxt və ya Dərnək Vaxtı, 15:00 – Ev Tapşırığı Vaxtı, 17:00 – Şam Yeməyi Vaxtı, 17:30 – Sərbəst Vaxt və ya Dərnək Vaxtı, 18:00 – Çıxış Vaxtı  formasında təşkil olunur. Mərkəzdə istirahət vaxtı da valideynin istəyinə uyğun təşkil oluna bilər.

Niyə mini – Lisey?:

  • Uşağa Fərdi İnkişaf Planı Əsaslı Yanaşma
  • Məktəbdən Sonra Hər Şey Bir Ünvanda
  • Online Müşahidə Kameraları
  • Sanitar – Gigiyenik Vəziyyətin Davamlı Yaxşılaşdırılması (Dezinfeksiya Tədbirləri)
  • Gündəlik Tibbi Nəzarət və Pediatr Müayinəsi
  • Valideynlər üçün Həftəlik Tədris və Fəaliyyət Hesabatı
  • Rüblük Uşaq İnkişafı Qiymətləndirilməsi
  • Peşəkar İşçi Heyəti və Davamlı Onların Təkmilləşdirilməsi
  • Uşaqların Ehtiyaclarına Fərdi Yanaşma
  • Xüsusi Təhlükəsizlik Tədbirləri
  • Sağlam və Təbii Məhsullardan Hazırlanan Yemək Menyusu
  • Ekoloji Təmiz Mühit və Təbiətlə Harmonik İnkişaf
  • Xüsusi Yanğından Mühafizə Sistemi
  • Xüsusi İstilik və Havalandırma Sistemi
  • Ev Tapşırıqlarının Tam Həlli
  • Valideynlərin Qayğısının Bölüşdürülməsi